«Azersun Holding» ABŞ-a qənd ixrac etməyə hazırlaşır

 «Azersun Holding» ABŞ-a qənd ixrac etməyə hazırlaşır
# 27 may 2013 09:09 (UTC +04:00)

Onun sözlərinə görə, «Azersun Holding» yeni məhsulun – kəllə qəndin istehsalına bir qədər əvvəl başlayıb. Bu məqsədlə 2012-ci ildə İmişli Şəkər Zavodunun tərkibində kəllə qənd istehsalı sahəsi qurulub. Yeni istehsal xəttinin qurulması daxili bazara keyfiyyətli məhsul çıxarmağa imkan verib. Holding artıq bu gün kəllə qəndi müxtəlif qablaşmalarda – doğranmış və bütöv şəkildə ixrac etməyə başlayıb. Hazırda bu məhsul Mərkəzi Asiya respublikaları, həmçinin İraqa və Küveytə ixrac edilir. Yeni məhsulun ABŞ-a da ixracı üçün danışıqlar aparılır. «Danışıqlarda qablaşdırma və s. məsələlər müzakirə edilir. Bu məhsul ABŞ-da yaşayan azərbaycanlılar və digər müsəlman əhali – kəllə qəndin istifadəçiləri üçün nəzərdə tutulur. Digər tərəfdən şirkət üçün məhsullarının ABŞ bazarına çıxması mühüm əhəmiyyət daşıyır», - deyə C.Heydərov bildirib.

Bundan başqa, kəllə qəndlər hədiyyə formasında da satılır: «Ənənələrə uyğun olaraq, kəllə qənd toy-nişan mərasimlərində istifadə olunur. Buna görə də kəllə qəndlərin doğranmış və kəsilmiş variantları ilə yanaşı, hədiyyə formasında dizayn edilmiş cəlbedici formaları da satılır».

Qeyd edək ki, Azərbaycanın şəkər məhsulları bazarının yarıdan çoxu «Azersun Holding»in payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR