Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib, ölən və yaralananlar var

Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib, ölən və yaralananlar var
# 02 oktyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Türkiyə vətəndaşı Azərbaycanda ağır qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı Onur Sevər idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarındakı dirəyə, sonra isə idarəetməni itirdiyindən Ağsu rayon sakini Şirxan Süleymanovun idarə etdiyi “Chevrolet” markalı maşına çırpıb. Nəticədə Onur Sevərin sərnişini, Müşfiq qəsəbə sakini Vüqar Nəsirov hadisə yerində ölüb, xəsarət alan özü və digər sərnişini, Müşfiq qəsəbə sakini Hikmət Cabbarov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR