Elçin Hüseynbəyli “Ədəbiyyat” qəzetinin, Qulu Ağsəs isə “Ulduz” jurnalının baş redaktoru təyin olunub - YENİLƏNİB

Elçin Hüseynbəyli “Ədəbiyyat” qəzetinin, Qulu Ağsəs isə “Ulduz” jurnalının baş redaktoru təyin olunub - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2014 11:43 (UTC +04:00)

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad olunub.

Onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin olunub.

İclasda “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinatla bağlı məsələyə də baxılıb.

Jurnalın baş redaktor müavini, şair Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinat alıb.

Birlikdən əlavə ediblər ki, Ayaz Vəfalı vəzifədən öz ərizəsi ilə azad olunub.

***

saat 14.15

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalının rəhbərlərinin dəyişdirilməsi ilə bağlı iclas keçirilir.

APA-nın məlumatına görə, iclasda “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının öz ərizəsi ilə baş redaktorluqdan imtina etməsi məsələsinə baxılır. “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsinə “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylinin, “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə isə baş redaktor müavini, şair Qulu Ağsəsin təyin olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR