Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi Təbriz və Ərdəbildə olub - FOTO

Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi Təbriz və Ərdəbildə olub - <span style="color: red;">FOTO
# 29 iyun 2013 16:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi Təbriz və Ərdəbilə səfər edib.

Təşkilatdan APA-ya verilən məlumata görə, Azad Qarabağ Uğrunda Alyansın üzvləri bu gün Təbriz və Ərdəbilə 5 günlük səfəri başa vuraraq Bakıya qayıdıblar.

Səfər Təbriz Universitetinin təşkilatçılığı ilə Qarabağ mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub. Səfərdə Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Rövşən Əhmədli, Etimad Əsədov, Firudin Məmmədov, Jalə Cəfərova, Növrəstə İbrahimova, Növrəstə Yusifova, Məhəmmədhəsən Həsənov, Alman Abbasov, Yasəmən Sarıyeva və digərləri iştirak ediblər.

Nümayəndə heyəti səfərin birinci günü Təbriz Universiteti ilə tanış olub, Bələdiyyə muzeyi və dahi şair Şəhriyarın ev muzeyini, Təbriz şairlərinin Məkanını, İmamzadə məscidini ziyarət edib.

Səfərin ikinci günü Qarabağ mövzusuna həsr olunmuş konfrans keçirilib. Qarabağ münaqişəsi, Qarabağın tarixi, erməni işğalçılığı və vəhşilikləri, mədəniyyət, o cümlədən dini abidələrin məhv edilməsi ilə bağlı qarşılıqlı çıxışlar olub, Bakıda və Təbrizdə seminar və dəyirmi masaların keçirilməsi, noyabr ayında isə Təbrizdə beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR