Ukraynadakı qeyri-stabil vəziyyətə baxmayaraq, ARDNŞ bu ölkədə biznesini inkişaf etdirəcək

Ukraynadakı qeyri-stabil vəziyyətə baxmayaraq, ARDNŞ bu ölkədə biznesini inkişaf etdirəcək
# 08 aprel 2014 11:13 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-nin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şirkətin gələcək planlarında heç bir dəyişiklik yoxdur: “Şirkət bundan sonra da yeni yanacaqdoldurma məntəqələrinin tikintisini davam etdirəcək və yeni iş yerinin açılmasına nail olacaq”.

O bildirib ki, bu ilin payızına qədər şirkət özünün yanacaqdoldurma məntəqələrinin sayının 50% artıracaq: “Yaxın zamanlarda şirkət daha əvvəl Ukraynanın yanacaqdoldurma məntəqələri olmadığı bölgələrində yeni məntəqələr açacaq. Bu günlərdə “SOCAR Energy Ukraine” Poltava vilayətinin Kremençuq və Xmelnitsk vilayətinin Kamenetsk-Podolsk şəhərlərində “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqələrinin açılışını edib. Bu məntəqələrdə Polşa, Litva və Belarus neft emalı zavodlarının sertifikatlaşdırılmış istehsalı olan və “Euro-5” ekoloji standartına uyğun yanacaq satılır”.

Qeyd edək ki, 2009-cu ildən 2013-cü ilin sonuna qədər ARDNŞ-in Ukraynada biznesin inkişafına yatırdığı vəsaitin həcmi 160 mln. ABŞ dolları təşkil edib. Bu müddət ərzində şirkətin sosial və xeyriyyə təşəbbüslərinə qoyduğu vəsaitin həcmi 5 mln. dollardan artıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR