Britaniyalı jurnalist Misirdə həlak olub

Britaniyalı jurnalist Misirdə həlak olub
# 14 avqust 2013 16:16 (UTC +04:00)

Bakı – APA. Britaniyanın “Sky News” telekanalının əməkdaşı Mik Din Misirdə həlak olub. APA-nın xəbərinə görə, telekanalın rəhbərliyi faktı təsdiqləyib: “Operator Mik Din bu səhər Misirdə güllələnib. O, bizim telekanalda 15 il fəaliyyət göstərib, Vaşinqton və Yerusəlimdə çalışıb, Misirdə isə Qahirədə baş verən hadisələri işıqlandıran komandanın üzvü idi. Qrupun digər üzvləri zərər çəkməyib”.

Britaniyanın baş naziri Devid Kemeron jurnalistin ölümü ilə əlaqədar onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

Misir mediası nümayişin dağıdılması zamanı britaniyalı jurnalistin ürəyindən güllə yarası aldığını xəbər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR