Bakıda sərnişin avtobusunun mağazaya çırpılması ilə bağlı rəsmi məlumat yayılıb

Bakıda sərnişin avtobusunun mağazaya çırpılması ilə bağlı rəsmi məlumat yayılıb
# 05 dekabr 2013 08:55 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “Daewoo” markalı avtobusla “QAZ” markalı minik avtomobili toqquşub. Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb, sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 08:01-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR