İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 07 yanvar 2014 09:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hafiz Azad oğlu Xudaverdiyevə vətəndaş Asif Cavid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman xurmaların içərisində gizlədilmiş 1 ədəd sellofana bükülmüş çəkisi 1,5 qram olan narkotik vasitə olan tiryək və 1 ədəd sellofana bükülmüş ümumi çəkisi 2,5 qram olan marixuana aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR