Azərbaycanın hüquq müdafiəçisi Əlikram Hümbətovun Ermənistana səfəri ilə bağlı bəyanat yayıb

Azərbaycanın hüquq müdafiəçisi Əlikram Hümbətovun Ermənistana səfəri ilə bağlı bəyanat yayıb
# 26 sentyabr 2013 12:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Əlikram Hümbətovun Ermənistana və Qarabağa səfərlərini pisləyən bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda Əlikram Hümbətovun Ermənistana və Xankəndinə getməklə öz keçmiş arzusunu həyata keçirdiyi qeyd olunub: “Əlikram Hümbətov erməni dostları ilə öpüşüb-görüşərək Azərbaycanın əleyhinə şər-böhtan xarakterli çıxışlar edərək öz əsl simasını bir daha nümayiş etdirib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Əlikram Hümbətovun belə əməllərini qətiyyətlə pisləyir və tənqid edir. Əlikram Hümbətovu müdafiə edən bəzi hüquq müdafiəçilərinə isə belə məsələlərdə düzgün qərar verməyi tövsiyə edir” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR