Azərbaycanda yoxlanılan 6438 avtomobildən 1160-nın atmosfer havasını çirkləndirdiyi məlum olub

Azərbaycanda yoxlanılan 6438 avtomobildən 1160-nın atmosfer havasını çirkləndirdiyi məlum olub
# 21 sentyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi ekologiya və təbii sərvətlər şöbələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə 2013-cü ilin avqust ayında respublika ərazisində “Təmiz hava” aylığı tədbirlərini həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, atmosfer havasına nəqliyyat vasitələrindən ixrac edilən dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.

Bakda şəhərində yoxlamaya cəlb olunmuş 67 avtomobildən 8-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu müəyyənləşib, 26 müəssisəyə 1287 manat məbləğində ödəmə tətbiq olunub. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2200 avtomobildən 140 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

Aparılan araşdırmaların nəticəsi bir daha göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir. Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə fərdi qaydada yoxlanılan 6438 avtomobildən atmosfer havasını çirkləndirən 1160 avtomobilin sürücüsünə inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR