Avropa Birliyinin müvəqqəti işlər vəkili: “Azərbaycan və Avropa Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi üzrə birgə işləri davam etdirəcək”

Avropa Birliyinin müvəqqəti işlər vəkili: “Azərbaycan və Avropa Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi üzrə birgə işləri davam etdirəcək”
# 28 iyun 2013 10:06 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pilts “Şahdəniz” konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsinin rəsmi elan olunmasına həsr edilmiş mərasimdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, TAP layihəsi Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün çox vacibdir.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu tərəfindən imzalanmış Cənub Qaz Dəhlizinin reallaşdırılması üzrə birgə bəyannaməni xatırladan diplomat qeyd edib ki, “Şahdəniz” konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsini seçməsi mühüm addımdır və onun reallaşdırılması üçün çox işlər görülməlidir: “Avropa Birliyi “Şahdəniz” konsorsiumunun ilin sonunadək yekun investisiya qərarı qəbul edəcəyini gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR