Bakıda sürüşmə və əzilmə nəticəsində 17 nəfər xəsarət alıb

Bakıda sürüşmə və əzilmə nəticəsində 17 nəfər xəsarət alıb
# 31 yanvar 2014 12:42 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, onların hamısı ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. O deyib ki, müraciətlər Xəzər rayonu istisna olmaqla Bakının bütün rayonlarından daxil olub: “Zədələnənlər arasında qadınlar üstünlük təşkil edib. Onlar arasında ciddi xəsarət alan olmasa da hadisə nəticəsində sınıq, çıxıq kimi diaqnozlar qoyulub və lazımi tibbi yardım göstərilib. Bəzi insanlara isə ilkin yardım edildikdən sonra evlərinə aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR