Səlim Müslümov: “Gənc kadrlara üstünlük verəcəyik” - VİDEO

Səlim Müslümov: “Gənc kadrlara üstünlük verəcəyik” - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün önəmli olan bilavasitə insanlarla yerlərdə işləyən kadrlardır. Ona görə tapşırıq vermişəm ki, əsəsən bizim yerli şöbələrimizin rəhbərləri dövlət qulluğuna qəbulla bağlı müsabiqədən keçən gənc kadrlarla əvəz olunsun”.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, gənc kadrların hər birinin bir ildən sonra mərkəzi aparata transfer olunmaq şansları var. Nazir qeyd edib ki, bu gün ən vacib olan məsələ insanlarla daima, gündəlik təmasda olacaq nazirlik əməkdaşlarının belə gənclərlə əvəzlənməsidir: “Buna görə də ilk növbədə biz regionlarda vətəndaşlarla daimi təmasda olan korpus heyətini yenidən formalaşdırmalıyıq. Bu prosesin nəticəsində kimlərin özünü daha yaxşı göstərdiyini görəcəyik. Sonradan isə onları vəzifədə irəliyə çəkmək imkanlarımız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR