Ariel Şaronun dəfni ilə əlaqədar İsraildə təhlükəsizlik tədbirləri gücləndirilib

Ariel Şaronun dəfni ilə əlaqədar İsraildə təhlükəsizlik tədbirləri gücləndirilib
# 13 yanvar 2014 08:11 (UTC +04:00)

Bakı – APA. İsraildə sabiq baş nazir Ariel Şaronun dəfni ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hökumət A. Şaronun torpağa tapşırılacağı Negevada hüquq-mühafizə orqanları əməkdaşlarının sayını artırmaq niyyətindədir.

Sabiq baş nazir “Şikmim” ailə fermasında həyat yoldaşının məzarının yanında dəfn olunacaq.

İsrail ordusunun komandanlığı “Dəmir günbəz” hava hücumundan müdafiə kompleksinin yerini dəyişib. Məqsəd Qəzza sektorundan mümkün raket zərbələrinin qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR