Yanvarın 1-dən İsveç və Gürcüstan arasında viza rejimi sadələşdiriləcək

Yanvarın 1-dən İsveç və Gürcüstan arasında viza rejimi sadələşdiriləcək
# 27 noyabr 2013 00:20 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub. Məlumata görə, İsveç və Gürcüstan arasında viza rejimi sadələşdiriləcək. Bu barədə müqavilə sənədi 2013-cü ilin sentyabrın 13-də imzalanıb. İnformasiyada bildirilib ki, hər iki dövlət arasında prosedur qaydaları sona çatıb.

Qeyd edək ki, sənədin məqsədi İsveçə getmək istəyən Gürcüstan vətəndaşlarına müvafiq şərait yaratmaqdır.

Məlumata görə, müqavilə sənədinə görə, Gürcüstan vətəndaşı və diplomatik pasportaları olan şəxslər vizasız İsveç ərazisinə və bu ölkədən tranzit marşrutu ilə də gedə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR