İqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmazda vətəndaşları qəbul edib - VİDEO

İqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmazda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 13 iyul 2013 09:27 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmazda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından olan sakinləri qəbul edib.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz Mədəniyyət Evində keçirilən qəbulda vətəndaşların müraciətləri, şikayət və təklifləri Ş. Mustafayev tərəfindən dinlənilib, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin operativ həlli üçün Nazirliyin qəbulda iştirak edən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda səsləndirilən və vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq tədbirlər görüləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlar qəbul zamanı əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda iştirak etmiş bəzi vətəndaşlar sahibkarların hüquqlarının müdafiəsi sahəsində bir sıra təkliflərlə də çıxış ediblər. Nazir təklifləri dinləyib və müvafiq araşdırmanın aparılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR