Tehranda taxta sexi yanıb, ölən və yaralananlar var

Tehranda taxta sexi yanıb, ölən və yaralananlar var
# 31 may 2014 11:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində taxta sexində yanğın baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 30-da, Bakı vaxtı ilə saat 20:17-də Yaftabad qəsəbəsində, Cənubi Həydəri küçəsində olub.

Yanğın 500 metrlik bir ərazidə baş verib və onun da 20 metrlik hissəsində taxta sexi fəaliyyət göstərir. Nəticədə bir nəfər aldığı ağır yanıq xəsarətlərindən ölüb, 3 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onların dördü də Əfqanıstan vətəndaşıdır. Yanğında ölən şəxsin 16 yaşında olduğu bildirilir. Ümumiyyətlə, əfqanların həmin sexdə yaşadıqları məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR