Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
# 02 may 2024 02:20 (UTC +04:00)

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Badaşqan kəndi ərazisində qeydə alınıb.

67-BK-444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq meyvə bağına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 şəxsdən ikisi - Babək rayon Sirab kənd sakinləri 2000-ci il təvəllüdlü İbrahimov Ramin Ağalar oğlu və 2001-ci il təvəllüdlü Səfərli Ənvər Şahin oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR