Berlində 1 May nümayişlərində minlərlə insan iştirak edib

Berlində 1 May nümayişlərində minlərlə insan iştirak edib
# 01 may 2024 22:30 (UTC +04:00)

Berlində 1 May nümayişlərində və yürüşlərində minlərlə insan iştirak edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Aksiya bu dəqiqələrdə Kreuzberq bölgəsində keçirilir.

Yürüşə müxtəlif solçu və antiqloballaşma təşkilatlarının nümayəndələri toplaşıb.

Onlar xaricə silah satışına, böyük təşkilatların izafi gəlirlərinə qarşı çıxır və Fələstin əhalisi ilə həmrəy olduqlarını bildirirlər.

Aksiyada beş min nəfər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR