PKK İrana xəbərdarlıq edib

PKK İrana xəbərdarlıq edib
# 28 oktyabr 2013 11:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. PKK terror təşkilatının İran qolu sayılan PEJAK üzvlərinin edamı gərginliyə səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK açıqlama yayaraq PEJAK-ın iki ildən bəri İranla davam etdirdiyi atəşkəs rejiminə son vermək mərhələsinə gəldiyini bildirib.

Açıqlamada İran rəhbərliyinin edamları siyasi səbəblərə görə həyata keçirdiyi, bunun insanlıq və ya İslamla əlaqəsinin olmadığını qeyd edilib: “İran hakimiyyəti bu edamlarla kürd problemində təkrar gərgin bir dövrün qapısını açmaqdadır. Halbuki Orta Şərqdə kürd problemi ilə bağlı yaşanan proseslər bir gerçəyi ortaya çıxardı ki, indiyədək həyata keçirilən güc tətbiqi siyasəti həll yolu deyil, bu siyasəti tətbiq edən ölkələrin əksəriyyəti böyük itkilər verir, bu səbəbdən də siyasi həll artıq qaçılmazdır”.

PKK İrandan bu siyasətindən imtina etməsini tələb edərək, Avropa Birliyi və beynəlxalq təşkilatları rəsmi Tehrana təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, ötən həftə İranda PEJAK üzvləri Həbibullah Gulpəripur və Rza İsmaili Mamedi edam olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR