Azərbaycan Venesiya Komissiyasından “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsinə dair qanun layihəsinə rəy istəyib

Azərbaycan Venesiya Komissiyasından “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsinə dair qanun layihəsinə rəy istəyib
# 17 dekabr 2013 14:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, sorğu Azərbaycan Prezident Administrasiyasının rəhbəri tərəfindən göndərilib.

Xatırladaq ki, 2009-cu ildə VK Azərbaycanda bələdiyyələrin statusu haqqında qanuna əlavələr haqqında qanun layihəsinə baxıb və özünün 81-ci plenar sessiyasında bu barədə rəy çıxarıb. 2010-cu ilin fevralında Milli Məclis “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul edib.

VK-nın mətbuat xidmətindən bildirib ki, qeyd olunan məsələ üzrə rəyin 2014-cü ilin iyun sessiyasında qəbul olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR