Mixael Şumaxerin vəziyyəti sabit olaraq qalır

Mixael Şumaxerin vəziyyəti sabit olaraq qalır
# 17 yanvar 2014 20:41 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu alman pilotun meneceri Sabina Kem deyib. Onun sözlərinə görə, M.Şumaxerin ailəsi tibbi heyətə tam güvənir və onun işindən məmnundur.

45 yaşlı məşhur idmançı süni koma vəziyyətindədir.

Xatırladaq ki, Şumaxer "Formula-1" yarışlarının və "Ferrari" komandasının tarixində ən uğurlu pilotdur. O, 91 qələbə qazanıb ki, bu da rekord göstəricidir. Alman pilot 2012-ci ildə karyerasını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR