Mahaçqaladakı partlayış nəticəsində xəsarət alanların sayı 16-ya çatıb - VİDEO

Mahaçqaladakı partlayış nəticəsində xəsarət alanların sayı 16-ya çatıb - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 23:57 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, yanvarın 17-i saat 19:40-da naməlum şəxs Boqatıryov küçəsində yerləşən “Zolotaya İmperiya” restoranını tank əleyhinə qumbaraatandan atəşə tutub.

Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdə, restoranın yaxınlığında, “Lada Priora” markalı avtomobildə məsafədən idarə olunan əldəqayırma partlayıcı qurğu işə salınıb.

Partlayışlar nəticəsində, polis əməkdaşları daxil olmaqla, 16 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR