Ötən il Azərbaycanda sənaye istehsalı 2% artıb

Ötən il Azərbaycanda sənaye istehsalı 2% artıb
# 17 yanvar 2014 10:23 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənayenin ibarət olduğu mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınıb. İstehsalın ¾ hissəsi mədənçıxarma, 20,1%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8%, neft-qaz sektorunda isə 1,1% üstələyib. İl ərzində 43,1 mln. ton neft, 17,9 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, s. nəqliyyat vasitələri və məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR