Sumqayıtda 31 yaşlı qadın 7-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda 31 yaşlı qadın 7-ci mərtəbədən yıxılaraq ölüb
# 29 aprel 2014 10:27 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR