Luis Suares İtaliya yığmasının müdafiəçisini dişlədiyinə görə üzr istəyib

Luis Suares İtaliya yığmasının müdafiəçisini dişlədiyinə görə üzr istəyib
# 01 iyul 2014 00:30 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Kellini dərhal cavab verərək, onu bağışladığını bildirib.

Suares bir neçə gün dincəldiyini və baş verənlər üzərində düşündüyünü vurğulayıb: “Son günlər mətbuatda hansı bəyanatlar verilməsindən asılı olmayaraq həqiqət ondadır ki, Kellini toqquşma zamanı mənim dişləməyimdən zədələnib. Buna görə də, baş verən insidentdən təəssüflənirəm, Kellinidən, bütün futbol aləmindən üzr istəyirəm və söz verirəm ki, belə hal bir daha təkrarlanmayacaq”.

Corco Kellini dərhal Suaresin sözlərinə reaksiya verib və bildirib ki, artıq hər şey geridə qalıb: “Mən ümid edirəm ki, FİFA Suaresin cəzasını yüngülləşdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR