Azərbaycanda son 5 ayda uşaq işgəncəsi ilə bağlı 22 fakt qeydə alınıb

Azərbaycanda son 5 ayda uşaq işgəncəsi ilə bağlı 22 fakt qeydə alınıb
# 11 iyun 2013 10:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib.

O qeyd edib ki, bu hüquqpozmalarla bağlı “102”-yə siqnal daxil olan kimi dərhal adekvat tədbirlər görülüb, sanksiyalar olub, ölçülər götürülüb və zərər çəkən şəxslərə müvafiq yardımlar göstərilib: “Bu ilin son 5 ayı ərazində isə ailə - məişət zəmində uşaqların məruz qaldığı hüquqpozmalar ilə bağlı 22 fakt qeydə alınıb. Bura uşaqların döyülməsi, incidilməsi, işgəncəyə məruz qalması və sair ilə bağlıdır. Bu faktlardan hər altısından birində uşaqların özü tərəfindən polisə məlumat daxil olub ki, bu da uşaqların hüquqlarının bilməsi, müdafiəsi baxımından bir yenilikdir”. K. İmamverdiyev bildirib ki, ailə məişət zəmində zorakılıq hallarının profilaktikası və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması DİN tərəfindən daim diqqət mərkəzindədir: “Təkcə ötən il ailə-məişət zəminində, eləcə də uşaqlarla bağlı törədilən cinayətlər barədə 500-ə yaxın xidməti yoxlamalar aparılıb. Xidməti yoxlamaların nəticələri ilə bağlı aidiyyəti dövlət orqanlarına 200-dən artıq təqdimatlar göndərilib, bunların həlli ilə bağlı həmin təşkilatlar qarşısında məsələlər qaldırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR