İsrailin Müdafiə Ordusunun Livanın cənubunda aviazərbələri zamanı “Hizbullah” qruplaşmasının önəmli simalarından biri ölüb.
APA-nın “The Times of Israel”ə istinadən xəbərinə görə, bu şəxsin “Sajid” ləqəbli Fərəcullah Hammu olduğu bildirilib.
Onun sözü gedən qruplaşmanın Kfar Şuba bölgəsindəki düşərgəsində zərərsizləşdirildiyi açıqlanıb.