Bakıda sərnişin avtobusunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Bakıda sərnişin avtobusunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 17 iyul 2013 11:17 (UTC +04:00)

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən Anar Xəlilovun 18 yaşlı var. Hadisə zamanı dünyasını dəyişən şəxsin kimliyi də müəyyənləşib. Onun 1975-ci il təvəllüdlü Vəfadar Məmmədov olduğu bildirilir.

Polisdən həmçinin bildirilib ki, qətl hadisəsi lüləsi kəsilmiş tüfənglə törədilib.

Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.

***

13:42

Bakı. Hafiz Heydərov, Fuad Cəfərov – APA. Bakıda silahlı insident olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR