Azərbaycanda gələn il 500-ə yaxın milli standartın hazırlanması planlaşdırılır - VİDEO

Azərbaycanda gələn il 500-ə yaxın milli standartın hazırlanması planlaşdırılır - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 10:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Gələn il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən 500-ə yaxın milli standartın hazırlanması planlaşdırılır. Bu standartlar neft, kimya, tikinti, enerji səmərəliliyi və qida məhsulları sahəsinə aid olacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İnstitutun direktoru Sabiq Abdullayev bildirib.


S.Abdullayev qeyd edib ki, «Sumqayıt Texnologiyalar Parkı»nın rəhbərliyinə İnstitut tərəfindən müraciət olunub və bunun əsasında Ağır sənaye məhsullarının standartlaşması üzrə Texniki Komitə yaradılıb: «Burada əsas məqsəd parkın ərazisində istifadə olunacaq standartların Azərbaycanda tətbiqindən ibarətdir. İlkin mərhələdə 30-a yaxın beynəlxalq standartın tətbiq olunması gözlənilir».

İnstitut rəhbəri həmçinin qeyd edib ki, Azərbaycanda avtomobil yanacağı üzrə «Avro 3» standartının tələbləri ilə bağlı artıq Nazirlər Kabinetinin müvafiq qərarının layihəsi hazırlanıb: «Həmin qərar təsdiq edilən kimi, bu haqda məlumat veriləcək».

Bununla yanaşı qeyd olunub ki, Azərbaycanda yanacağın keyfiyyəti artıq 2014-cü ilin sonuna kimi «Avro 3» standartının tələblərinə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR