Gürcüstan paytaxtında etiraz aksiyası keçirilib

Gürcüstan paytaxtında etiraz aksiyası keçirilib
# 26 iyun 2013 20:44 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtındakı Rаdisson mehmanxanasının önündə etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya “Azad zona” adlı qeyri-hökumət təşkilatının nümayəndələrinin təşəbbüsü ilə baş tutub. Məlumata görə, tədbir iştirakçıları Gürcüstanın baş naziri Bidzina İvanişviliyə Rusiya yönümü tutduğuna görə etiraz səslərini ucaldıblar. Aksiyada NATO-nu dəstəkləyən şüarlar qaldırılıb. Polis etiraz aksiyası iştirakçılarının qarşısını kəsib. Aksiya iştirakçıları Gürcüstanın NATO-ya üzv olmasının vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, həmin gün Gürcüstana gələn 28 ölkə nümayəndələrindən ibarət nümayəndə heyətinin və Gürcüstan rəsmilərinin iştirakı ilə Rаdisson mehmanxanasında NATO-nun yığıncağı və NATO-Gürcüstan komissiyasının toplantısı keçirilib. Tədbirdə NATO-nun baş katibi Foq Rasmussen, Gürcüstanın baş naziri Bidzina İvanişvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili və NATO-ya üzv ölkələrin nümayəndələri də iştirak ediblər. Tədbir jurnalistlər üçün qapalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR