Oktay Gülalıyev: “Milli Şuranın Müsavat Partiyasının keçirəcəyi mitinqdə iştirakla bağlı qərarı yoxdur”

Oktay Gülalıyev: “Milli Şuranın Müsavat Partiyasının keçirəcəyi mitinqdə iştirakla bağlı qərarı yoxdur”
# 29 aprel 2014 12:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Milli Şuranın Müsavat Partiyasının keçirəcəyi mitinqdə iştirakla bağlı qərarı yoxdur”. Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Müsavat Partiyasının “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinqdə qurumun iştirakı məsələsinə münasibət bildirərkən deyib.

O. Gülalıyev qeyd edib ki, mitinqdə iştirak məsələsi Milli Şuranın Koordinasiya Mərkəzində müzakirə olunmayıb: “Hələ ki bizim bununla bağlı rəsmi qərarımız yoxdur. Bütün hallarda biz Müsavat Partiyasının bu addımını təqdir edirik. Milli Şura həmişə “Nida”çıların hüquqları ilə bağlı öz mövqeyini ifadə edib, müəyyən tədbirlər keçirib”.

O qeyd edib ki, Milli Şuranın Müsavatın mitinqində iştirakla bağlı qərarı olmasa da, qurum üzvlərinin ayrı-ayrılıqda aksiyada iştirakı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR