“Bolkart” sahibləri üçün yeni nağdlaşdırma kampaniyası başlayır

“Bolkart” sahibləri üçün yeni nağdlaşdırma kampaniyası başlayır
# 09 iyul 2013 08:06 (UTC +04:00)

Bakı - APA-Economics. Ramazan ayında insanların nağd pula ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” “Bolkart” istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyulun 9-11 tarixlərində kartdan pul çıxaran “Bolkart” sahibləri sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır.

Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.

Hazırda 120 minə yaxın Azərbaycan vətəndaşı “Bolkart”dan istifadə edir və bu kredit kartı ilə Azərbaycanın mindən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Yeni verilməyə başlanılan “MasterCard” loqolu “Bolkart”dan isə xarici ölkələrdəki “MasterCard” loqosu olan ticarət mərkəzlərində, həmçinin internetdə alış-veriş üçün istifadə etmək olar.

“Bolkart” barədə ətraflı: www.facebook.com/bolkart

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR