Əli Abbasov: “Azərbaycanda efirin qorunmasında böyük problemlər yoxdur”

Əli Abbasov: “Azərbaycanda efirin qorunmasında böyük problemlər yoxdur”
# 17 aprel 2014 08:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda efirin qorunmasında böyük problemlər yoxdur. Çünki artıq ikinci ildir ki, Azərbaycanda bütün tezliklər spektri boyu mərkəzləşdirilmiş monitorinqin sisteminin birinci hissəsi istifadəyə verilib”.

APA-Economics”in xəbərinə görə, bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

O, artıq ölkənin 12 bölgəsində qurulmuş avtomatik tezliklərə nəzarət sisteminin fəaliyyət göstərdiyini və mərkəzləşdirilmiş monitorinq sisteminə məlumat verildiyini deyib: “Radio-televiziya efirində isə heç bir problem yoxdur. Bütün sərhəd ölkələri ilə rəqəmsal radio və televiziya tezlikləri bölünüb. Dağlıq Qarabağ, Şuşadan arabir müdaxilələr olur. Onun da qarşının alınması tamamilə təmin olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR