Azərbaycandan 2 uşaq və Xaçmaz Uşaq İncəsənət Məktəbi Meksikada mükafatlandırılıb

Azərbaycandan 2 uşaq və Xaçmaz Uşaq İncəsənət Məktəbi Meksikada mükafatlandırılıb
# 11 fevral 2014 06:48 (UTC +04:00)

Bakı – APA. BMT yanında xüsusi məsləhətçi statusu olan “Sülh və Əməkdaşlıq Fondu” qeyri hökumət təşkilatının “İncəsənət Beynəlxalq Dil Kimi: Sülh Naminə Yaradıcılıq” adlı 2013-cü il Sülh və Əməkdaşlıq Məktəbi Mükafatının Meksika XİN-də təltif mərasimi keçirilib. “Rəsm - yazılı mesaj” və “Məktəb İncəsənəti” nominasiyaları üzrə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan 2 nəfər iştirakçının və Xaçmaz Uşaq İncəsənət Məktəbinin diplomla təltif edildiyi mərasim Meksika Beynəlxalq İnkişafa Yardım Agentliyi, “Thomas Alva Edison” məktəbi və İspaniyanın “Sülh və Əməkdaşlıq Fondu”nun təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə mükafatçıların aid olduğu ölkələrin (Türkiyə, Çin, İran, İndoneziya, Rusiya, Yeni Zelandiya, Qvatemala, Argentina, İspaniya və s.) Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri və Meksika ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İmişli Uşaq Yaradıcılıq Mərkəzindən Firuzə Miriyeva, Zaqatala Humanitar Fənlər Gimnaziyasından Sədəf Məmmədli və Xaçmaz Uşaq İncəsənət Məktəbinin təltif edildiyi diplomlar mərasimdə iştirak edən Azərbaycan səfirliyinin əməkdaşlarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR