BMT baş katibi və Rusiyanın xarici işləri naziri İranın nüvə proqramını müzakirə ediblər

BMT baş katibi və Rusiyanın xarici işləri naziri İranın nüvə proqramını müzakirə ediblər
# 17 may 2013 15:15 (UTC +04:00)

APA-nın BMT-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşdə Rusiya-BMT münasibətləri, Rusiyanın BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, bir sıra beynəlxalq məsələlər müzakirə olunub.

Görüşdən sonra Pan Gi Mun Rusiya xarici işlər naziri ilə Suriya böhranının nizamlanması perspektivləri, Əfqanıstanda durum, İranın nüvə proqramı, Koreya yarımadasında böhran məsələlərini müzakirə etdiyini deyib.

Sergey Lavrov İranın nüvə proqramı ətrafında danışıqların davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, İranı konstruktiv dialoqa cəlb etmək vasitəsi kimi tətbiq olunan sanksiyaların səmərəsiz olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR