Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 24 oktyabr 2013 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,44 dollar və ya 1,4% azalaraq 1 barelə görə 96,86 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 23-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,17 dollar və ya 2,0% azalaraq 107,80 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR