Qərib Məmmədov Masallıda vətəndaşları qəbul edib

Qərib Məmmədov Masallıda vətəndaşları qəbul edib
# 05 iyul 2013 16:47 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov iyulun 5-də Masallıda cənub bölgəsinin sakinlərinin qəbulunu keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçən qəbulda Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara, Biləsuvar və Cəlilabad rayonlarından 100-ə yaxın sakinin müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı vətəndaşların əsas müraciətləri torpaq islahatı zamanı bəlli pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlərlə bağlı olub.

Torpaq və Xəritəçəkmə Komitəsinə aid olan məsələlər qurumun mütəxəssislərinin iştirakı həllini tapıb. Digər və araşdırma tələb edən məsələlər isə komitənin kargüzarlığı tərəfindən qeydiyyata alınaraq aidiyyəti qurumlara ünvanlanıb.

Komitənin səlahiyyətlərinə dair digər məsələlərin qısa müddətdə həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR