Kiyevdə etirazçılar Müstəqillik meydanına çıxan bütün yolları bağlayıb

Kiyevdə etirazçılar Müstəqillik meydanına çıxan bütün yolları bağlayıb
# 03 dekabr 2013 22:38 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hakimiyyətin siyasətinə qarşı çıxış edən etirazçılar yolların hərəkət hissəsini nəqliyyat vasitələri ilə bağlayıb.

Etirazçılar aksiyanın dağıdılmasının qarşısını almaq məqsədi ilə barrikadaların ətrafına su töküb.

Etirazçıların fikrincə, bu cür üsul (şaxtalı havada su dərhal buza çevrilir) polisin barrikadalara yaxınlaşmasının əngəlləşdirəcək.

Qeyd edək ki, mitinqin təşkilatçıları meydanda əlavə çadırlar quraşdırmağa başlayıb. Müstəqillik meydanına daim ərzaq məhsulları, isti paltarlar və odun gətirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR