İstanbulda İDEF-2013 beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB

İstanbulda İDEF-2013 beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimi keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 07 may 2013 13:10 (UTC +04:00)

APA-nın məlumatına görə, sərginin açılış mərasimini bildirən lenti Türkiyənin Böyük Millət Məclisinin sədri Cəmil Çiçək kəsib. Açılış mərasimində müdafiə naziri İsmət Yılmaz, Türkiyə ordu rəsmiləri, dəvətli nazirlər, o cümlədən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Türkiyənin müdafiə naziri İsmət Yılmaz bölgədə və dünyada daha güclü olmaq üçün son illərdə Türkiyənin öz silah sənayesini inkişaf etdirmək və silah idxalına ayrılan vəsaiti xalqın rifahına sərf etmək yolunda irəlilədiyini bildirib.

Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək isə deyib: “Atatürkdən bizə yadigar qalan “yurdda sülh, cahanda sülh” prinsipinə əməl etmək bizim əsas qayəmiz olmalıdır. Biz bu torpaqları özümüzə daimi yaşayış üçün seçəndən bəri ən sülhsevər dönəmi 90 illik cümhuriyyət dövründə yaşamışıq. Anadoluda məşhur bir söz var: əgər ədalətli sülh istəyirsənsə, savaşa hazır olmalısan. Ona görə, silah sənayemizin inkişafı və dünya ilə rəqabəti baxımından bu sərginin əhəmiyyəti çox böyükdür”.

Sərgidə Azərbaycandan Müdafiə Nazirliyinin geniş tərkibli nümayəndə heyəti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, «Azairtechservice» şirkətinin nümayəndələri iştirak edir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və DSX rəisi Elçin Quliyev MSN stendinə gələrək Azərbaycanın istehsalı olan məhsullarla tanış olublar.

Sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti Türk firmalarının, habelə xarici şirkətlərin stendlərini gəzərək tanış olublar. Azərbaycan heyətinə Otokar şirkətinin istehsalı olan “Altay” tankı, “Tulpar” piyadaların döyüş maşını, yeni Cobra II, həmçinin TAI şirkəti tərəfindən T129 ATAK helikopteri barədə məlumat verilib.

Sərgidə nümayiş etdirilən 14.5 mm çaplı «İstiqlal» snayper tüfənginin modernləşdirilmiş versiyası olan «İstiqlal-T», HP-7.62 hücum pulemyotu, həmçinin «Gürzə» patrul maşını, müxtəlif çaplı döyüş sursatları böyük marağa səbəb olub.

Açılış mərasimindən sonra Türkiyənin müdafiə naziri İsmət Yılmaz, sərgiyə qatılan ölkələrin müdafiə nazirləri Azərbaycan stendində olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR