Tələbələr üçün əmək yarmarkası keçirilib

Tələbələr üçün əmək yarmarkası keçirilib
# 31 may 2013 16:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Odlar Yurdu” Universitetində əmək yarmarkası keçirilib.

ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə 13-ü dövlət, 70-i özəl sektor, 4-ü xarici şirkət olmaqla 87 müəssisə tərəfindən 942 boş (vakant) iş yeri təqdim edilib.

Nazir müavini Natiq Məmmədov və universitetin rəhbərliyi tədbirin açılışında iştirak edərək yarmarka ilə tanış olub, işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər. Natiq Məmmədov son illərdə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Onun sözlərinə görə, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir.

Məzun və tələbələr üçün “Karyerada ilk addım” devizi altında növbəti tədbir iyunun 19-da Lənkəran Dövlət Universitetində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR