Azərbaycanın özəl təhsil müəssisələrində monitorinqlərin aparılması mümkün olmayıb

Azərbaycanın özəl təhsil müəssisələrində monitorinqlərin aparılması mümkün olmayıb
# 01 aprel 2013 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən bütün özəl təhsil müəssisələrində monitorinqlərin aparılması mümkün olmayıb. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

O bildirib ki, bu işlərdə digər nazirliklər də iştirak etdiyindən, onun koordinasiyasını həyata keçirmək mümkün olmayıb. H.Zərbəliyevin sözlərinə görə, hər il təhsil müəssisələri lisenziya şərtlərinə uyğun olaraq onlarda hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər: “Buna əsasən də məsələ Təhsil Nazirliyi tərəfindən nəzarətdə saxlanılır və araşdırılır. Əgər araşdırma zamanı edilən dəyişiklik bizi qane etməsə, ona qarşı müvafiq tədbirlər görülür. Amma hələlik bütün özəl təhsil müəssisələrində dəyişiklik edilməyib və fəaliyyət lisenziya qaydalarına uyğun aparılır”.

Qeyd edək ki, Təhsil Nazirliyi yanvarın sonundan bütün təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq məqsədilə monitorinqlər keçirməyi nəzərdə tutmuşdu. Yanvarın sonundan başlanmalı olan bu yoxlamaların 2012-2013-cü tədris ilinin sonuna kimi davam edəcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR