İrandan Türkiyəyə neft ixracı 15% artıb

İrandan Türkiyəyə neft ixracı 15% artıb
# 03 aprel 2013 11:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İrana qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, bu ilin mart ayında İranın Türkiyəyə xam neft ixracatında 15%-lik artım qeydə alınıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Türkiyə Dövlət Statistika Mərkəzi tərəfindən nəşr olunan son hesabatda mart ayında 145 və 53 min tonluq iki neft tankerinin Əli Ağa limanında yükünü boşaltdığı yazılır. Hesabatda həmçinin mart ayında Türkiyənin başqa bir limanına İran neftini daşıyan 140 və 145 min tonluq iki tankerin daha yanaşdığı bildirilib. Bununla da ötən ay İrandan Türkiyəyə ixrac edilən xam neftin miqdarının 483 min tona çatdığı və bu rəqəmin əvvəlki aylara nisbətən 15% artdığı vurğulanır.

Qeyd edək ki, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya kimi ölkələrlə birlikdə Türkiyə İrana qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, İran neftinin əsas alıcılarındandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR