“Bank VTB (Azərbaycan)” nizamnamə kapitalını artırmağı planlaşdırır

“Bank VTB (Azərbaycan)” nizamnamə kapitalını artırmağı planlaşdırır
# 22 sentyabr 2014 13:28 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank VTB (Azərbaycan)” nizamnamə kapitalını artırmağı planlaşdırır.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, “VTB Qrup”un 2014-2016-cı illər strategiyasına uyğun olaraq biznesin genişləndirilməsi və kredit portfeli üzrə planlaşdırılan göstəricilərinə nail olmaq üçün “Bank VTB (Azərbaycan)” 25 mln. manat həcmində rekapitalizasiya həyata keçirməyi planlaşdırır.

Bununla yanaşı, bank 2016-cı ilin sonuna qədər Bakı və digər böyük şəhərlərdə filialların sayını 20-yə çatdırmaqla filial şəbəkəsini genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, hazırda baş ofis və 8 filial daxil olmaqla “Bank VTB (Azerbaijan)”ın 9 satış məntəqəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR