Riqadakı səfirliyimizdə azərbaycanlı tələbələrlə görüş keçirilib - FOTO

Riqadakı səfirliyimizdə azərbaycanlı tələbələrlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 18 noyabr 2015 14:43 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Azərbaycanın Latviyadakı səfirliyində 2015-2016 tədris ilində bu ölkənin ali məktəblərinə qəbul olunan azərbaycanlı tələbələrlə görüş keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov tələbələr qarşısında çıxış edib.

O qeyd edib ki, azərbaycanlı tələbələr Latviyada örnək olmalıdırlar. Səfir bildirib ki, Azərbaycan dövləti xaricdə təhsil alan tələbələrin dayağıdır və Latviya səfirliyi azərbaycanlı tələbələrin hüquqlarının qorunması istiqamətində bütün lazımi addımları atacaq.

E. Zeynalov tələbələrə tövsiyyələrini verib.


Görüşdə Azərbaycanın Latviyadakı səfirliyinin konsulu Şahin İsgəndərov da iştirak edib.


Qeyd edək ki, Latviyada 117 azərbaycanlı tələbə təhsil alır. Onlardan 22 nəfər bu il qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR