AŞ Nazirlər Komitəsinin sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər cür yardım göstərməyə hazırıq”

AŞ Nazirlər Komitəsinin sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər cür yardım göstərməyə hazırıq”
# 22 aprel 2013 16:49 (UTC +04:00)

APA-nın Strasburq müxbirinin xəbərinə görə, daha sonra nazir assambleya üzvlərinin suallarını cavablandırıb.

İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Yordi Çuk və azərbaycanlı parlamentarlar Rafael Hüseynovla Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ermənilərin təcavüzkar siyasətinin hələ də davam etməsi, Azərbaycanlı qaçqın və məcburi köçkünlərinin öz torpaqlarına qayıtması və andorralı nazirin bu yaxınlarda Ermənistanla Azərbaycana etdiyi səfərlə bağlı sual ünvanlayıblar.

J. S. Sunye Azərbaycanın və Ermənistanın Avropa Şurasına üzv olduqları dövrdə öz üzərlərinə götürdükləri öhdəlikləri xatırladaraq, hər ölkənin öz öhdəliklərinə, təşkilatın dəyər və prinsiplərinə hörmətlə yanaşmalı olduğunu bildirib: “Biz Avropa Şurası Nazirlər Komitəsində iki ölkə arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir və sülh prosesini dəstəkləyirik. Bu prosesə hər cür yardım göstərməyə hazırıq. Bundan başqa, bildiyiniz kimi, Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri bu ilin may ayında Ermənistanda, aprel ayında isə Azərbaycanda səfərdə olublar. Ermənistana etdiyimiz səfərlə bağlı hesabatımız artıq Nazirlər Komitəsində müzakirə edilib və bu səfərin nəticələri barədə yaxın vaxtlarda AŞPA da məlumatlandırılacaq. Ümumilikdə Ermənistandakı aparılan son işlər qənaətbəxşdir və biz Ermənistan hökumətini gördüyü işlərdə dəstəkləyirik. Ölkədə prezident seçkiləri keçirildi və Avropa Şurası da bu seçkiləri müşahidə etdi. Əlbəttə ki, bəzi sahələrdə bir neçə xırda problemlər var. Amma ümumilikdə biz Ermənistanda gedən prosesləri müsbət qiymətləndirə bilərik. Ümid edirik ki, bu ölkədə Avropa Şurasının dəyərləri daha da gücləndiriləcək və Ermənistan rəhbərliyi də öz işini bu məcrada davam etdirəcək. Azərbaycana gəldikdə, biz aprel ayında Bakıda olduq və bu səfərə aid hesabatımız da Nazirlər Komitəsinə təqdim olunacaq. Təbii ki, nəticələrə dair fikirlərimizi AŞPA ilə də bölüşəcəyik. Azərbaycanda da Nazirlər Komitəsini narahat edən bir neçə məsələ var. Fikrimizcə, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri bu ölkənin gələcəyi üçün bir növ sınaq rolunu oynayacaq. Bundan başqa, 2012-ci ildə Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planını ölkə rəsmlərinə göndərib. Nazirlər Komitəsi yaxın zamanlarda bu məsələ ilə bağlı cavab alacağına ümid edir. Təbii ki, komitəmiz Azərbaycana hər cür yardım göstərməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR