Salyanda bıçaqlanma hadisəsi baş verib

Salyanda bıçaqlanma hadisəsi baş verib
# 17 noyabr 2015 19:44 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 20.00 radələrində Salyan şəhərində rayon sakini A.Hüseynov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Mehdiyev Şahin Heydər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Sonuncu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Salyan rayon xəstəxanasına daxil olub. Hazırda yaralı cərrahiyə əməliyyatına götürülüb. Onun çoxlu qan itirdiyi qeyd edilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR