ADİU-da ilk dəfə olaraq universitetlərarası iqtisadi elmi konfrans keçirilib - FOTO

ADİU-da ilk dəfə olaraq universitetlərarası iqtisadi elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 19 dekabr 2014 12:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində ilk dəfə olaraq digər ali təhsil müəssisələrinin iştirakı ilə tələbələr arasında “Azərbaycanın xarici iqtisadi əlaqələri: mövcud durum və perspektivlər” mövzusunda iqtisadi-elmi konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi universitetlər arasında əlaqələri inkişaf etdirmək, tələbələr arasında elmi rəqabəti gücləndirməkdir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı, dosent Mənsur Bərxudarov tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, aktual və geniş tədqiq olunmuş məruzələr tələbələrin elmi fəaliyyətlərinin məhsuludur.
Tədbirə dəvət olunan Moskva Dövlət Universitetinin Bakı filialı, Qafqaz Universiteti, Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universitetinin tələbələri ümumilikdə 80-dən çox məruzə ilə çıxış ediblər.

Konfransa qonaq qismində qatılan müstəqil ekspertlər, dövlət və özəl şirkətlərin nümayəndələri mövzular üzrə müzakirə aparıb, tələbələrə zəruri tövsiyələr veriblər. Tədbirin yekununda çıxışları fərqlənən tələbələrə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR