«Parabank»ın aktivləri ötən il 5% artıb

«Parabank»ın aktivləri ötən il 5% artıb
# 05 mart 2013 09:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 109,601 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,8% azalaraq 76,023 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 43,002 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,7% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi il ərzində 52,3% artaraq 9,774 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 4,4 faiz bəndi artaraq 12,9%-ə yüksəlib.

Bankın depozit portfeli 2012-ci ildə 1% azalaraq 63,587 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 62,852 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,8% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 33,8% artaraq 16,856 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 11,570 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2 dəfə azalaraq 16 047, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə azalaraq 15 143, hüquqi şəxslərin sayı 1,9 dəfə azalaraq 904 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 9 036-ya bərabər olub ki, bu da illik müqayisədə 25,1% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 2,1 dəfə artaraq 7 641-ə, kredit kartların sayı 2,6 dəfə azalaraq 1 395-ə çatıb.

Hazırda bankın ölkə üzrə 15 filialı, 19 bankomatı, 220 POS-terminalı fəaliyyət göstərir. Bankın 389 işçisi var, bank üzrə orta aylıq əməkhaqqı 641 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR