Donetskdən Rusiyaya 120 yaralı separatçı aparılıb

Donetskdən Rusiyaya 120 yaralı separatçı aparılıb
# 28 iyul 2014 21:39 (UTC +04:00)

Bu barədə APA “İnterfaksa” istinadən xəbər verir.

“Donetskin mühasirəyə düşmə təhlükəsi var. Bu səbəbdən biz yaralıları Rusiya Federasiyası ərazisinə köçürməyə səy göstəririk. Döyüşlər amansız şəkildə gedir, hətta mənim üçün bu qədər zirehli texnika görmək qeyri-adidir”, - “DXR” müdafiə naziri İqor Strelkov deyib.

İyulun 28-də Ukrayna hərbçilərinin Donetsk şəhərinin ətrafını nəzarətə götürmələri, lakin bir müddət sonra mövqelərini tərk etmələri barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR